Neftçalada “Mercedes” aşdı, ölən var 

22:48 08.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.